• Bakı, 2020-08-12,
Seanews
Heyder Eliyev

Bu il Azərbaycan Dövlət Dəniz Akademiyasının 7 tələbəsi fərqlənmə diplomuna layiq görülüb

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov 2019/2020-ci tədris ilində Akademiyanın məzun buraxılışı haqqında əmr imzalayıb. Əmrə əsasən ADDA-da 4-cü tədris ilini başa vuran tələbələrə Yekun Dövlət Attestasiyası Komissiyalarının protokollarına əsasən “Bakalavr” dərəcəsi verilib.

Belə ki, “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının 62 əyanı, 7 qiyabi və təkrar ali təhsil alan tələbəsi, “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasından isə əyani formada təhsil alan 35 tələbə ADDA məzunu adını qazana bilib.

“Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasından 56 əyanı formada, 5 qiyabi və təkrar təhsil alan tələbə, “Elektrik mühəndisliyi” ixtisasından 43 və bu il son buraxılışı olan “Proseslərin avtomatlaşdırılması” ixtisasından isə 18 tələbə “Bakalavr” dərəcəsi adına layiq görülüb.

Akademiyanın 7 tələbəsinin Ümumi Orta Müvəffəqiyyət Göstəriləri 91-100 bal aralığında olduğundan həmin tələbələr fərqlənmə diplomuna layiq görülüblər.   

Əvvəlki illərdə dövlət imtahanına buraxılmayan, dövlət imtahanından kəsilən və hər hansı bir səbəbdən imtahanda iştirak etməyən 68 tələbə də bu əmrə əsasən bakalavr diplomu alacaq. Bu tələbələr bütün imtahanlar üzrə akademik borclarını verdikdən sonra belə bir şansı qazana biliblər.

Nəzərinizə çatdırmaq istərdik ki, bu il diplom alan bakalavrlar Yekun Dövlət Attestasiya İmtahanında iştirak etməyiblər. Belə ki, koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması məqsədi ilə Nazirlər Kabinetinin 19 may 2020-ci il qərarına və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 20 may 2020-ci il tarixli 01-11-522/15 nömrəli məktubundakı tövsiyələrinə  uyğun olaraq bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricilərinə - ÜOMG) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunublar. Bu qərar əvvəlki illərdə Dövlət İmtahanından kəsilən tələbələrə də şamil edilib.

Akdemiyanın rəhbərliyi başda olmaqla bütün professor-müəllim heyəti adından uğurlu məzunlarımızı təbrik edirik və onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır