• Bakı, 2020-07-05,
Seanews
Heyder Eliyev

Azərbaycan Dövlət Dəniz Akademiyasında yaz imtahan sessiyası ilə bağlı-ELAN

-Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr (o cümlədən əvvəlki illərdə YDA-dan qeyri-müvəffəq qiymət almış tələbələr) təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricilərinə - ÜOMG) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunacaq. Dövlət imtahanının ÜOMG əsasında qiymətləndirilməsinə razı olmayan tələbələrə cari imtahan sessiyası müddətində onlayn qaydada dövlət imtahanı təşkil ediləcək.

-Təhsilin bakalavriat səviyyəsində istehsalat təcrübəsinin qiymətləndirilməsi təcrübə rəhbərinin və kafedra müdirinin rəyi əsasında aparılacaq.

-COVİD-19 pandemiyası səbəbindən Akademiyanın bir qrup 4-cü tədris ili tələbələrinin diplomqabağı üzmə istehsalat təcrübəsini tamamalaya bilmədiyini nəzərə alaraq, həmin tələbələrin müstəsna hal kimi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Dövlət Dəniz Agentliyinin razılığı əsasında Yekun Dövlət Attestasiyasına buraxılmalarına icazə verilə bilər. Bu tələbələrə fakültə dekanlığı tərəfindən məlumat veriləcək.

-Yaz semestrinin imtahan sessiyası bakalavriat və magistratura səviyyəsində internet üzərindən onlayn-test üsulu ilə keçiriləcək.

-Tələbələrə 25 sualdan ibarət test variantları təqdim olunacaq. Bu zaman 1 doğru cavab 2 balla qiymətləndiriləcək.

-Test üsulu ilə keçirilən imtahanlarda “dörd səhvin bir düzgün cavabı ləğv etmə” qaydası tətbiq edilməyəcək.

-Hər bir tələbə 34 balla imtahana buraxılacaq. Burada onlayn dərslərdə aktiv iştirak edən tələbələr üçün fənni tədris edən müəllim tərəfindən 50 baladək qiymətləndirilmə mümkün olacaq.

-Yaz imtahan sessiyasında iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət alan tələbələr üçün 17.08.2020-11.09.2020-ci il tarixlərində ödənişsiz əsaslarla təşkil ediləcək.

-Tələbələrin müraciətləri olduğu təqdirdə avqust ayında 3-4 həftə müddətində icmal mühazirələrin ödənişsiz əsaslarla təşkili təmin ediləcək.

-Müraciətlər 5 iyul tarixinə qədər qəbul ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır