Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ADDA-da payız sessiyasının nəticələri məlum olub

Azərbaycan Dövlət Dəniz Akademiyasında 2019/2020-ci tədris ilinin ilk imtahan sessiyasının nəticələri açıqlanıb.

Payız sessiyasında ümumilikdə 377 imtahan baş tutub. Onlardan 152 -i test, 225-i isə yazılı üsulla aparılıb.

Bu sessiyada Akademiya üzrə təhsil alan 917 bakalavrdan 901-i imtahanlarda iştirak edib. 16 nəfər imtahana üzrlü və üzrsüz səbəbdən qatılmayıb.

İmtahanların nəticələrinə əsasən, 592 tələbə sessiyanı tam bitirməyə müvəffəq olub. 21 tələbə 91-100 bal toplayaraq “əlaçı” adına layiq görülüb. Əlaçılar arasında ən yüksək nəticəni “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasının 206 A1 qrupunun IV kurs tələbəsi Nail Abbasov göstərib.

İmtahan verənlərin 174 nəfəri payız sessiyasından əla və yaxşı, 397 nəfər tələbə isə “kafi” qiymət alaraq təhsillərini kəsirsiz davam etmək hüququnu qazanıblar.

ADDA-nın magistratura bölməsində təhsil alan 38 magistrdan 3 nəfər “əla”, 5 nəfər “əla” və “yaxşı”, 21 nəfər “kafi” qiymət alıblar. 9 magistr üçün isə bu imtahan sessiyası uğursuz olub.

Ümumi nəticələrə əsasən, 2019/2020-ci tədris ilinin ilk imtahan sessiyasının müvəffəqiyyət göstəricisi imtahanda iştirak edənlərin 66 %-i, keyfiyyət göstəricisi isə 33%-nə bərabərdir.

İmtahanlardan kəsilən tələbələr təlimata uyğun olaraq təyin olunmuş vaxtlarda imtahan borclarını qaytara bilərlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır