• Bakı, 2020-04-08,
Seanews
Heyder Eliyev

ADDA məzunu: Vaxtında verilən düzgün qərar insanın özünə inamını artırır

www.seanews.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə gerçəkləşdirdiyi “ADDA məzunu” layihəsində bu dəfə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinin əməkdaşı Səadət Cəfərova ilə sizi yaxından tanış edirik.

Səadət Cəfərova 1985-ci ildə Bakı şəhərində anadan olub.

2003-cü ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Filologiya” fakultəsinə (fransız dili) daxil olub.

2007-ci ildə ADPU-nun bakalavr pilləsini uğurla bitirərək  Xarici Dillər Universitetinin “Yenidən hazırlıq” – İngilis-dili fakultəsində təhsilin davam etdirib. 2008-ci ildə buradakı təhsilini başa vurub.

2013-2017-ci illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında Dəniz texnika və texnologiyası mühəndisliyi ixtisası üzrə təhsil alıb.

2007-2014-cü illərdə SOCAR-ın Xəzər Dəniz Neft Donanmasında İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi beynəlxalq idarəetmə standartları qrupunda texnik-mühəndis kimi işləyib.

2014-2018-ci illərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasında Sosial məsələlər üzrə mütəxəssis vəzifəsində çalışıb.

2018-ci ildən indiyədək isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzində Qeydiyyat, imtahan və sertifikatlaşdırma şöbəsində qrup rəhbəri kimi çalışır.

İngilis, fransız, rus, türk dillərini bilir.

Səadət Cəfərova:  Gələcəyimiz öz qərarlarımızdan asılıdır. Vaxtında verilən düzgün qərar insanın özünə inamını artırır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır