• Bakı, 2020-04-03,
Seanews
Heyder Eliyev

Dənizçi tələbələrə xilasetmə vasitələrinin əhəmiyyəti mövzusunda seminar keçirilib

 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri üçün seminar keçirilib.

Seminar Beynəlxalq Dəniz Təşkilatının (IMO) SOLAS (Dənizdə Həyat Təhlükəsizliyi üzrə Beynəlxalq Konvensiya) beynəlxalq konvensiyasında nəzərdə tutulmuş xilasetmə vasitələrinin əhəmiyyətinə həsr edilib.

İki saat davam edən seminarı kapitan Titos Giannakakis aparıb.

Seminar zamanı tələbələrə xilasetmə vasitələrinin əhəmiyyəti, onların müasir gəmilərin texnoloji inkişafına uyğunlaşdırılması barədə məlumat verilib. Bununla belə, iştirakçılara heyət üzvlərinin təhlükəsizliyini asanlaşdırmaq üçün xilasedici vasitələrin dizaynında aparılan dəyişikliklərdən də danışılıb.  

Seminar interaktiv formada keçirilib, iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilib, sualları cavablandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır