• Bakı, 2020-03-31,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşı Yaponiyada təlimdə iştirak edib

ASCO-nun Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamentinin Gəmi və liman vasitələrinin mühafizəsi üzrə mühəndisi Taryel Kərimov Yaponiyanın Yahohama şəhərində keçirilən təlimə qatılıb. “Liman vasitələrinin mühafizəsinə dair bacarıqların inkişafı” mövzusuna həsr olunmuş təlim 20 gün davam edib.

Təlim nəzəri və praktiki hissədən ibarət olub. Proqram çərçivəsində iştirakçılar baza biliklərini yeniləyib. Bununla belə, dənizçilər Yaponiyanın əsas limanlarına baş çəkiblər. Onlar burada tətbiq edilən müasir texnika və texnoloji avadanlıqlarla tanış olublar.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) təşkil etdiyi təlimdə Azərbaycandan başqa Malta, Filippin, Mərakeş, Madaqaskar, İndoneziya və Sudan dənizçiləri də iştirak edib.

Sonda bütün iştirakçılara sertifikat verilib.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır