Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşı "Bir kəmər-bir yol" təşəbbüsünə qoşulan ölkələrin elmi-tədqiqat mərkəzlərində çalışan mütəxəssislər üçün keçirilən seminarda iştirak edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Layihə Elmi-Tədqiqat İnstitutunun Ümumi layihə hesablama şöbəsinin əməkdaşı İbrahim Salmanov Çin Xalq Respublikasında seminarda iştirak edib.

Bir kəmər-bir yol təşəbbüsünə qoşulan ölkələrin elmi-tədqiqat mərkəzlərində çalışan mütəxəssislər üçün keçirilən seminar Çinin Zheijang əyalətinin Jinhua, Yivu, Hangzhou və Yunnan əyalətinin paytaxtı Kunming şəhərlərində baş tutub.

Tədbirin əsas məqsədi iştirakçı ölkələrlə Çin arasında müvafiq sahədə əməkdaşlığı daha da genişləndirmək, seminar iştiakçılarının bu əməkdaşlığa töhfə vermələrini təmin etməkdən ibarət idi.

Səfər ərzində müxtəlif ali məktəblər, muzey və digər təhsil və mədəniyyət mərkəzləri ilə tanışlıq da olub. Çin Xalq Respublikasının ən böyük universitetlərindən sayılan  Zheijang Normal Universitetində isə "Seminar on Think-tank Talents Training for Countries along the Belt and Road 2019" adlı təlim də təşkil edilib.

Seminarın sonunda bütün iştirakçılara sertifikat təqdim olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır