Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

ADDA məzunu: Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirməyim və bu gün ASCO sıralarında çalışmağımla fəxr edirəm

www.seanews.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə gerçəkləşdirdiyi “ADDA məzunu” layihəsində bu dəfə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinin əməkdaşı Elçin Osmanovla sizi yaxından tanış edirik.

Elçin Osmanov 2005-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiçilik və gəmilərin hərəkətinin idarəedilməsi” ixtisasını yüksək göstəricilərlə bitirib.

2005-ci ildə magistraturaya qəbul olub, iki il sonra bu pilləni də uğurla başa vurub.

2006-2007-ci illərdə Donanmanın texniki istismar xidmətinin İstilik texnikası şöbəsində mühəndis kimi işə başlayıb.

2008-ci ildə kapitan köməkçisi vəzifəsinə təyin olunub.

Daha sonra bir müddət Bakı Beynəlxalq Dəniz Ticarət Limanında fəaliyyət göstərib.

Hazırda ASCO-nun Təlim Tədris Mərkəzində Tədris şöbəsinin Gəminin idarə edilməsi üzrə tədris hissəsində təlimatçı kimi işləyir.

Elçin Osmanov: «Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirməyim və bu gün ASCO sıralarında çalışmağımla fəxr edirəm».


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır