Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

ADDA-da Fakültə Elmi Şurasına üzvlər seçilib

Azərbaycan Dövlət Dəniz Akademiyasında “Gəmi sürücülüyü” və “Gəmi mexanikası və elektromexanikası” Fakültə Elmi şuraları üzvlərinin seçkiləri keçirilib.

Namizədlər təklif edildikdən sonra gizli səsvermə aparılıb. Səsvermənin nəticələrinə əsasən, “Humanitar fənlər” kafedrasınin dosenti Saməddin İmanov və “Dəniz naviqasiyası” kafedrasının baş müəllimi Samirə Gözəlova “Gəmi sürücülüyü” fakültəsinin Elmi Şurasına,  “Gəmi energetik qurğuları” kafedrasının dosenti Məhəmməd Rzayev, “Tətbiqi mexanika” kafedrasının dosenti Bəhruz Ağarzayev və ”Gəmi elektroavtomatikası” kafedrasının baş müəllimi İlhamə Bayramova isə “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin Elmi Şurasına üzv seçiliblər.

Qeyd edək ki, tərkibi təhsil müəssisəsinin rektoru tərəfindən təsdiq edilən Fakültə Elmi Şurası fakültə dekanını seçməklə yanaşı, mütəxəssis hazırlığı, elmi-tədqiqat fəaliyyəti, kafedraların maddi-texniki təchizatı və s. kimi məsələlərə baxır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır