ADDA məzunu: Gəmi təmirçisi olmaq məsuliyyətli və qürurverici işdir
www.seanews.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə gerçəkləşdirdiyi “ADDA məzunu” layihəsində bu dəfə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunun əməkdaşı Ceyhun Şahnamazov ilə sizi yaxından tanış edirik.
Ceyhun Şahnamazov 2001-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz texnikası və gəmiçilk” fakültəsinin “Gəmiqayırma və gəmi təmiri” ixtisasına qəbul olub.
2005-ci ildə Akademiyadakı təhsilini uğurla başa vurub.
Karyerasına 2006-ci ildə Xəzər Dəniz Gəmi Təmiri İstehsalat Birliyində gövdə sahəsinin 2-ci dərəcəli gəmi gövdə təmirçisi vəizfəsi ilə başlayıb.
Qısa müddətdə gövdə sahəsinin ustası, böyük ustası və rəisi vəzifələrinədək yüksələ bilib.
Hazırda ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodunda Gövdə-qaynaq bölməsinin rəisi vəzifəsində çalışır.
Ceyhun Şahnamazov: Gəmi təmirçisi olmaq məsuliyyətli və qürurverici işdir.