Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

“Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda gənc usta və usta köməkçiləri ilə görüş keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İnsan resurslarının idarəedilməsi departamentinin təşəbbüsü ilə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda gənc usta və usta köməkçiləri ilə görüş keçirilib.

Görüşdə ASCO-nun İnsan resurslarının idarəedilməsi departamentinin rəisi Sevda Məmmədova, aparıcı mütəxəssisi Yeganə Nəsibova, gənclərlə iş üzrə koordinatoru Roza Bədəlova, mütəxəssisi Gülçin Aslanova, “Bibiheybət” Gəmi Təmiri Zavodunun Personalın idarəedilməsi və əmək haqq şöbəsinin mütəxəssisi Rəşad Musayev və “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun Personalın idarəedilməsi və əmək haqqı şöbəsinin rəisi Ruslan Nuriyev iştirak edib.

Görüş zamanı gənc mütəxəssislərin karyera inkişafı imkanları, qarşılaşdıqları problemlər, onların həlli yolları və proseslərin təkmilləşdirilməsi ilə bağlı təkilfləri müzakirə olunub. Gənc və perspektivli gənclərin idarəetməyə və istehsalat prosesinə gətirdiyi və tətbiq etmək istədiyi yeniliklərdən danışılıb. Eyni zamanda, nəzəri biliklərin artırılması və peşəkarlıq göstərcilərinin təkmilləşdirilməsi məqsədilə gəmiqayırma və gəmi təmiri sahəsi üzrə xaricdə magistratura və doktorantura pillələri üzrə təhsil və təcrübə mübadiləsi proqramlarının tətbiqi imkanları müzakirə olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır