• Bakı, 2019-12-08,
Seanews
Heyder Eliyev

ASCO-nun Təlim Tədris Mərkəzində təhlükəsizliklə bağlı təlim keçirilib

Təlim Tədris Mərkəzində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tərkibində fəaliyyət göstərən Təlim Tədris Mərkəzində əməyin təhlükəsizliyinə və IMO-nun SOLAS -  “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiyasında nəzərdə tutulan ümumi təhlükəsizlik tələblərinə həsr olunmuş təlim keçirilib.

SAIPEM VƏ Abşeron yatağının operatoru olan birgə əməliyyat şirkətinin nümayəndələrinin iştirak etdiyi təlimi kapitan Titos Giannakakis aparıb.

Titos Giannakakis təlim proqramının əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verib.

Təlimçi hadisə zamanı düzgün müdaxilə üsulları, heyətin uğurlu çalışması və təhlükəsizlik vasitələrindən istifadəyə dair praktiki məşqlər keçirib.

Beş günlük təlim müddətində iştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb.

Qeyd edək ki, bu təlim 2010-cu ildə qəbul olunmuş yeni IMO tələblərinə əsasən istər nəqliyyat, istərsə də ofşor donanmada çalışan bütün dənizçilər üçün məcburidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır