ADDA məzunu: Karyerasını düşünən hər bir şəxs bacardığı işlə sevdiyi işi fərqləndirə bilməlidir
www.seanews.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə gerçəkləşdirdiyi “ADDA məzunu” layihəsində bu dəfə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunun əməkdaşı Sabir Həsənovla sizi yaxından tanış edirik.
Sabir Həsənov 2011-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz Daşınmaları və Menecment” fakultəsinin “Nəqliyyat servisi” ixtisasına qəbul olub.
2015-ci ildə yüksək nəticə ilə Akademiyadakı təhsilini başa vurub.
2017-ci ilin yanvarından ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodunun Təchizat şöbəsində assistent vəzifəsində karyerasına başlayıb.
2018-ci ilin mart ayında fəaliyyətini İnsan resursları sahəsində davam etdirmək qərarı verib. Beləliklə, Personalın idarə edilməsi və əmək haqqı şöbəsinin assistenti kimi işə başlayıb.
Hazırda həmin şöbədə mütəxəssis vəzifəsində çalışır.
Sabir Həsənov: Hər bir karyera inkişafını düşünən şəxs bacardığı işlə sevdiyi işi fərqləndirə bilməlidir. Əgər işi sevirsənsə, bunu bacaracaqsan deməkdir. Bir çox hallarda yalnız işləri bacarmaqla onunla məşğul oluruq. Bu səbəbdən gələcəkdə işimizdən sıxılma kimi problemlərlə qarşılaşacağımız qaçılmaz olur.