Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

A-da rəhbər heyətin mülki müdafiə məşqi keçir

Azərbaycan Dövlət Dəniz Akademiyasının 2019-cu il üçün mülki müdafiə üzrə tədbirlər planına uyğun olaraq, Akademiyada rəhbər heyətin “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda mülki müdafiə məşqi keçirilib. Tədbirdə ADDA-nın rəhbər heyəti, mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti, mülki müdafiə qərargahı  iştirak edib.  Mülki müdafə məşqinin əsas məqsədi Akademiyanın rəhbər, komandir-rəis heyətinin fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin  idarə edilməsinin  təşkili üzrə biliklərinin təkmilləşdirilməsi, mülki müdafiə planının reallığının yoxlanılması, Akademiyanın fövqəladə hadisələrdə  hazırlıq səviyyəsinin müəyyən edilməsi  olub. Akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov Rəhbər heyətin mülki müdafiə məşqi və Akademiyada mülki müdafiə hazırlığının vəziyyəti barədə geniş məlumat verib. Akademiyanın ümumi işlər üzrə prorektoru Əlimərdan Quliyev məşq zamanı fəaliyyət təminatı və vəzifələrin icrası vaxtı əlaqələrin qarışılıqlı fəaliyyətinin təşkilinin önəmini vurğulayıb. Mülki müdafiə qərargahının rəisi A.Babaşov məşqin məqsədini, məşqin planının məzmununu və məşqin gedişini izah edib. Sonda məşqin nəticələri təhlil olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır