Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

O-da mühafizə əməkdaşları üçün təlim keçir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) mühafizə əməkdaşları üçün “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında” Beynəlxalq Məcəlləsi ilə bağlı təlim keçirilib. Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamentinin mühəndisi Tariyel Kərimov iştirakçılara müxtəlif ölkələrin dəniz nəqliyyatı sahəsində milli mühafizə strategiyaları və məsuliyyətləri haqqında məlumat verib. O, risklərin  və liman mühafizəsinin qiymətləndirilməsi proseduru barədə ətraflı danışıb. Gəmilərdə və limanlarda baş verə biləcək hadisələr zamanı böhranın idarə olunması məsələsinin vacibliyinə toxunan mühəndis gəmilərdə və limanlarda giriş üçün məhdud ərazilərin müəyyənləşdirilməsi və bu ərazilərə kənar şəxslər tərəfindən girişin məhdudlaşdırılmasına xüsusi diqqətin yetirilməsinin zəruriliyini vurğulayıb. Bundan başqa, KSƏTƏMM departamentinin əməkdaşları ASCO ərazilərinə daxil olan qonaqların təlimatlandırılması və onlara xüsusi qonaq kartlarının verilməsinin vacib olduğunu təlim iştirakçılarının diqqətinə çatdırıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır