Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

A-da “Peşəkar karyera inkişafı və imkanları” mövzusunda seminar keçir

Azərbaycan Dövlət Dəniz Akademiyasında tələbələr üçün ASCO sədrinin müşaviri, uzun illər dənizdə çalışan, tanınmış kapitan Titos Giannakakisin iştirakı ilə  “Peşəkar karyera inkişafı və imkanları” mövzusuna həsr olunmuş seminar keçirilib. 50-dək tələbənin iştirak etdiyi seminarda karyera inkişafı və imkanları sahəsində dünyanın qabaqcıl dənizçilik şirkətləri və ali təhsil müəssisələrindəki mövcud təcrübə barədə geniş məlumat verilib. Titos Giannakakis bildirib ki, istər milli, istərsə də beynəlxalq gəmiçilik şirkətlərində peşəkar dənizçilərə hər zaman ehtiyac duyulur. Bu səbəbdən ASCO-da da dənizçi mütəxəssislərin hazırlanmasına hər zaman xüsusi diqqət yetirilir. Seminarda qeyd olunub ki, artıq Dəniz Akademiyasında “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə ingilis dilində tədris aparılır. Tələbələrin beynəlxalq standartlara uyğun inkişafının təmini və  peşəkarlığının artırılması məqsədi ilə onların xarici sularda üzən gəmilərdə təcrübə keçmələrinə imkan yaradılır. Bundan başqa, ASCO  və “Columbia Shipmanagement Ltd” arasındakı əməkdaşlığa əsasən seçimlər əsasında əməkdaşlar və tələbələr sözügedən şirkətin gəmilərində təcrübəyə göndərilir. Seminar interaktiv formada aparılıb, tələbələrin sualları cavablandırılıb, fikirləri dinlənilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır