Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

-də “Elektron xəritə displeyin və informasiya sistemlərinin istismar qaydaları” kursu keçir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tərkibində fəaliyyət göstərən Təlim Tədris Mərkəzində 17-23 yanvar tarixlərində “Elektron xəritə displeyin və informasiya sistemlərinin istismar qaydaları” kursu keçirilib. Kursun tədris keyifyyətini və dinləyicilərin kursa marağını yüksəltmək məqsədi ilə iştirakçılar arasında müsabiqə təşkil olunub. Müsabiqə zamanı praktik məsələlərin həlli, trenajordan istifadə bacarıqları və interaktiv sual-cavab olub. “Elektron xəritə displeyin və informasiya sistemlərinin istismar qaydaları” kursu müxtəlif növ gəmilərdə çalışan gəmi sürücüsü ixtisası üzrə təhsil almış və gəmidə kapitan, kapitanın baş köməkçisi və digər köməkçiləri üçün mütləq tələb olunan kursdur. 40 saatı əhatə etməklə 5 gün davam edən kurs zamanı dənizçilər aşağıdakıları nəzəri və praktiki olaraq öyrənir və mənimsəyirlər: Elektron xəritələr haqqında anlayış Displeyin hazırlanması, işə salınması və lazımı məlumatların quraşdırılması, elektron xəritələrdən istifadə, reysin planlaşdırılması Marşrut boyu gəminin yerinə (yoluna) nəzarət, naviqasiya məsələrinin həlli Həyəcan siqnalizasiya sistemi işə düşdükdə görülən tədbirlər, gəminin yerinə əllə düzəlişin edilməsi Elektron gəmi jurnalında qeydlərin aparılması Elektron xəritələrdə düzəlişlərin aparılması Radarla qoşulmuş ECDİS və AİS-dən (Automatic İdentification System – Avtomatik İdentifikasiya Sistemi) istifadə Dinləyicilər kursun sonunda mövzunu mənimsədiyini bildirən qiymətləndirmə xarakterli kompüter əsaslı test imtahanı həyata keçirirlər və kursu müvəffəqiyyətlə başa çatdırmış hər bir dinləyiciyə Dövlət Dəniz Agentliyi tərəfindən Sertifikat verilir. Qeydiyyat üçün: Tel.: (012) 404 37 00 (daxili 3056) Mobil: (050) 277 02 79; (050) 243 91 74 Email: trainingcenter@acsc.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır