• Bakı, 2020-02-29,
Seanews
Heyder Eliyev

Bibiheybət” GTZ-də obyekt mülki müdafiə məşqi keçir

Səbail rayon  FH və MM  şöbəsinin 2018-ci il  üçün  mülki  müdafiə tədbirlər planına əsasən, “Bibiheybət” Gəmi  Təmiri  Zavodunda  “Fövqəladə   hadisələrin  nəticələrinin  aradan  qaldırılması  zamanı  MM orqan  və   qüvvələrinin idarə edilməsinin  təşkili” mövzusunda  məşq keçirilib.  Məşqin keçirilməsində əsas məqsəd ehtimal olunan fövqəladə hadisələr zamanı onların nəticələrini aradan qaldırarkən ixtisaslaşmış dəstələrin funksional vəzifələrini yerinə yetirmələri üzrə nəzəri bilik və praktik vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılığın və operativliyin artırılmasından, hadisələri vaxtında proqnozlaşdırmaq, aşkar etmək və qarşısını almaqdan, psixoloji təsirini neytrallaşdırmaq və zəiflətməkdən, müəssisə və obyektlərin sabit işləməsini təmin etməkdən və s. ibarət idi. Məşqin keçirilməsinə Səbail rayon  FH və MM  şöbəsinin rəisi polkovnik-leytenant Nazir Əkbərov və şöbənin əməkdaşı kapitan Anar Nazıyev, FHN-nin Bakı Regional Mərkəzinin əməkdaşları kapitan Cəsarət Kərimov və baş leytenant Osman Məmmədli, “AXDG “QSC”-nin Məxfi rejim və mülki müdafiə şöbəsinin rəisi Rəşad Hüseynov, “Bibiheybət” GTZ direktorunun müşaviri Fuad Qurbanov və direktor müavini Namiq Nurməmmədov, zavodun fövqəladə hallar komissiyası, mülki müdafiə qüvvələrinin şəxsi heyəti və texnika cəlb olunub. Məşq iki mərhələdə keçirilib. Birinci mərhələdə xəbərdarlıq və toplanış siqnalı verilib və inzibati binadan işçilərin təxliyyəsi yerinə yetirilib. Direktor müşaviri Fuad Qurbanov iştirakçıları məşqin mövzusu, məqsədi və şərti olaraq baş vermiş fövqəladə hadisələr barədə məlumatlandırıb. Sonra Səbail rayon  FH və MM  şöbəsinin rəisi Nazir Əkbərov öz düşüncələrini iştirakçılarla bölüşərək bildirib ki, tədris edilən, praktiki öyrədilən bütün məşq və təlimatları diqqətlə öyrənmək olduqca vacibdir. Hər bir fövqəladə vəziyyətə hazır olmaq vətəndaşlıq borcumuzdur. Belə tədbirlər də iştirakçılara məhz bu amilləri aşılayır. Məşqin ikinci mərhələsində fövqəladə hallar zamanı rəhbər heyətin mülki müdafiə qüvvələrini idarə etmək, düzgün qərarlar vermək bacarığı və eyni zamanda fövqəladə hadisə baş vermiş ərazidə xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması bacarığı nümayiş etdirilib. Baş vermiş fövqəladə hadisələr barədə kəşfiyyat məlumatlarına əsasən mülki müdafiə dəstələri xəsarət alanların təhlükəli ərazidən çıxarılması, ilk tibbi yardım göstərilərək şərti xəstəxanaya çatdırılması,  fövqəladə hadisə baş vermiş ərazidə radiasiya dərəcəsinin təyin edilməsi və s prosedurları əyani olaraq göstəriblər. Şərti yandırılmış yanğın yerinə yanğınsöndürmə dəstəsi cəlb edilib və yanğının qarşısı qısa zamanda alınıb. MM qərərgah rəisi, MM qüvvələrinin komandirləri məşq vaxtı ərazidə fəaliyyətləri barədə məruzə ediblər. Məşq praktirki tədbirlər yekunlaşdıqdan sonra başa çatıb və qənaətbəxş hesab olunub.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır