Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Z-də “Ümumdünya Əməyin Mühafizəsi günü”nə həsr olunmuş tədbir keçir

28 aprel “Ümumdünya Əməyin Mühafizəsi günü” ilə əlaqədar “Bibiheybət” Gəmi Təmiri Zavodunda Əməyin Mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühütin mühafizəsi şöbəsinin işçiləri tərəfindən tədbir keçirilib.  Zavodun bütün bölmə və sahələrini əhatə edən tədbirdə Baş mühəndis İlham Cavadov, ƏMTT və ƏMM şöbəsinin rəisi Dair Məlikov, ƏMTT üzrə mühəndis Elşən Məmmədov, ƏMTT və ƏMM şöbəsinin mütəxəssisi Vasif Lətifov, Zavodun MTİ işçiləri, bölmə və sahə  rəisləri və ustaları iştirak ediblər. Bölmələrdə işçiləri əməyin mühafizəsinə dair məlumatların toplanması və istifadəsi üsulları barədə ətraflı məlumat verilib, həmçinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinin vacib olduğu bildirilib. Şöbə, bölmə, sahə rəislərinə və SƏTƏMM şöbəsinə isə tapşırılıb ki,  istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması, işçilərə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına işçilər tərəfindən  əməl olunmasına nəzarət olunsun. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır