Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

mi agenti kim

Gəmi agenti gəminin limana gəlməsi, limanda olması və limandan çıxması ilə əlaqədar gəmi sahibinin, fraxt edənin və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxsin maraqlarını limanlarda qoruyan, onları dövlət orqanlarında və liman idarəsində təmsil edən və digər rəsmiyyətləri yerinə yetirən, gəmi sahibinin, fraxt edənin və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxsin adından maliyyə tapşırıqlarını icra edən və digər hərəkətləri həyata keçirən  hər hansı hüquqi və ya fiziki şəxsdir. Gəmi agenti xidmətləri Azərbaycan Respublikasında qeydiyyata alınmış hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən göstərilə bilər. Gəmi agenti tərəfindən limanlarda xidmətlərin göstərilməsi üçün  xüsusi sertifikat tələb edilir. Gəmi agenti kimi fəaliyyət göstərilməsi üçün şəxslər ali təhsilə və aşağıdakı sahələr üzrə biliyə malik olmalıdırlar: Ticarət gəmiçiliyi və dənizçilik işi sahəsində – dəniz nəqliyyatı sahəsində normativ hüquqi aktların tələbləri və liman adətləri, liman qaydaları və liman məsrəfləri, gəmilərə yükvurma və yükboşaltma, yüklərin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi qaydaları, dənizçilik işi sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət, dəniz hüququ barədə; iqtisadiyyat, vergi, maliyyə-kredit, ödəniş-hesab və valyuta münasibətləri, bank işi barədə; dənizçilik sahəsinə aid hissədə mülki hüquq, maliyyə hüququ, beynəlxalq və dövlət hüququ, cinayət hüququ barədə; Gəmi agentinin gəmi sahibi, fraxt edən və ya gəmini digər qanuni əsaslarla istismar edən şəxs ilə qarşılıqlı münasibətləri tərəflər arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bağlanılmış müqaviləyə əsasən tənzimlənir. Gəmi agentinin müqavilə ilə müəyyən edilmiş haqları və ödənişləri səlahiyyətli şəxsdən almaq, gəmi agenti xidmətlərinin göstərilməsi ilə bağlı yaranan əlavə xərclərin ödənilməsini səlahiyyətli şəxsdən tələb etmək, gəmi, onun yükü və hərəkət cədvəli barədə məlumatları səlahiyyətli şəxsdən tələb etmək, gəmi agenti ilə səlahiyyətli şəxs arasında bağlanılmış müqaviləyə əsasən gəmi agenti xidmətləri göstərilən gəmi barədə digər məlumatları səlahiyyətli şəxsdən tələb etmək, səlahiyyətli şəxs gəmi agenti tərəfindən göstərilən xidmətlər üzrə haqqı ödəmədiyi təqdirdə, xidmətlərin göstərilməsindən imtina etmək, səlahiyyətli şəxsin tapşırığı ilə üçüncü şəxslərlə müqavilə bağlamaq, liman idarəsindən fəaliyyət göstərilməsi üçün şərait yaradılmasını tələb etmək kimi hüquqları vardır. Gəmi agentinin vəzifələri Səlahiyyətli şəxslə və yaxud üçüncü şəxslərlə bağladığı müqavilənin surətini və həmin müqaviləyə əsasən gəmi agenti xidmətlərinin göstərilməsi nəzərdə tutulan gəmi (gəmilər) barədə məlumatı aidiyyəti dövlət orqanlarına təqdim etmək; Müqavilə ilə müəyyən edilmiş öhdəliklərin icrasını təmin etmək; Səlahiyyətli şəxsi Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində normativ hüquqi aktların tələbləri və liman adətləri barədə məlumatlandırmaq; Haqsız rəqabətə yol verməmək; Səlahiyyətli şəxsin kommersiya sirrinin yayılmamasını təmin etmək; Səlahiyyətli şəxsin tapşırığı ilə gəminin, heyət üzvlərinin və yükün sığorta edilməsi məqsədi ilə müvafiq tədbirlər görmək; Gəminin limana girişi, limanda dayanması və yerini dəyişməsi, habelə limandan çıxması ilə əlaqədar sənədlərin rəsmiləşdirilməsini təmin etmək və müvafiq tədbirlər görmək; Üçüncü şəxslərlə münasibətdə səlahiyyətli şəxsi təmsil etmək; Səlahiyyətli şəxsi göstərilən xidmət üzrə fəaliyyəti barədə müntəzəm və vaxtında məlumatlandırmaq; Gəmi agentinin fəaliyyəti ilə əlaqədar xidmət bazarında baş verən dəyişikliklər barədə məlumatı səlahiyyətli şəxsə təqdim etmək; Səlahiyyətli şəxsin tələbi əsasında gəmi agenti xidmətləri göstərilən gəmi ilə əlaqədar bütün məlumatları təqdim etmək; Səlahiyyətli şəxsin adından maliyyə tapşırıqlarını icra etmək və bununla bağlı sənədləri səlahiyyətli şəxsə təqdim etmək; Dəniz protestinin verilməsinin rəsmiləşdirilməsində gəmi kapitanına köməklik göstərmək; Fəaliyyətini səlahiyyətli şəxsin maraqlarına uyğun vicdanla və gəmi agentinin təcrübəsinə uyğun həyata keçirmək; Limanlara daxil olması planlaşdırılan gəmilər barədə məlumatları Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinə təqdim etmək; Səlahiyyətli şəxs tərəfindən verilmiş tapşırıq əsasında və çəkilmiş xərclərin ödənilməsi şərtilə gəminin təmirini, yanacaq, ehtiyat hissələri, ləvazimat, içməli su və qida ilə təmin edilməsini, heyət üzvlərinin dəyişdirilməsi ilə bağlı tədbirlərin görülməsini, heyət üzvlərinə və sərnişinlərə tibbi yardımın göstərilməsini, sanitariya-epidemioloji və profilaktik tədbirlərin görülməsini, o cümlədən beynəlxalq sanitariya qaydalarına və “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun sanitariya- epidemioloji təhlükə yarandıqda, bu barədə Su nəqliyyatında gigiyena və epidemiologiya mərkəzinin, liman kapitanının və səlahiyyətli şəxsin vaxtında məlumatlandırılmasını, gəmi sahibinə nağd maliyyə vəsaitinin çatdırılmasını, müqavilədə nəzərdə tutulan digər xidmətlərin göstərilməsini təşkil etmək də gəmi agentinin vəzifələrinə daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır