Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

A tələbələri “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda konfransda iştirak edib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ölkəmizdəki ali təhsil məktəblərinin kursant və tələbələrinin iştirakı ilə “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Pənah Süleymanov qeyd edib ki, son illər Akademiyada elmi-texniki nailiyyətlərin ümumiləşdirilməsi və yayılması, elm-tədqiqat işlərinin aparılması və nəticələrinin istehsalatda tətbiqi, innovasiya və ixtiraçılıq fəaliyyəti, dissertasiyaların, monoqrafiyaların və dərsliklərin hazırlanması, elmi konfransların keçirilməsi, elmi məqalələrin çapı, təcrübə zamanı qazanılmış elmi bilik, təcrübə və vərdişlərin artırılmasına xüsusi diqqət göstərilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində uğurlar əldə edilməsində təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək qiymətləndirmişdir. Gənc nəslin elm və təhsilə cəlb olunması üçün dövlətimiz tərəfindən mühüm addımlar atılır” deyən general-mayor Pənah Süleymanov çıxışında ölkəmizdə təhsilin və elmin inkişafına hər cür şərait yaradıldığını, bu sahəyə dövlət başçısı İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulayıb. Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Konfransda Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi-tədqiqat şöbəsinin müdiri dos. S.T. Əhmədova və Elektroavtomatika kafedrasının müdiri dos. E.F Sultanovun rəhbərliyi ilə elektrik mühəndisliyi ixtisası üzrə təhsil alan magistrantları Salamzadə Turqay və Əlicanov Ruslan  məruzə ilə çıxış ediblər. Tədbirin sonunda bir neçə kursant və tələbə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəxri fərmanı ilə təltif olunub. Onların sırasında hər iki ADDA magistrantı da yer alıb.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır