• Bakı, 2021-10-27,
Seanews
Heyder Eliyev

miçiliyin rəhbər heyəti üçün treninq keçir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər şəxsləri üçün  “Risklərin idarəedilməsi və daxili nəzarət sahəsində təlimləndirmənin həyata keçirilməsi” mövzusunda təlim təşkil olunub. Təlimdə risklərin vaxtında aşkarlanması, təhlili və düzgün  qiymətləndirilməsi üçün vacib alətlər haqqında məlumat verilib. Həmçinin, ən çox rast gəlinən risklərdən  danışılıb. Bildirilib ki, risklərin idarə edilməsi sisteminin uğurlu tətbiqi, nəticədə istənilən quruma hədəflərinə nail olmasına imkan verir. Bu baxımdan, risklərin idarə edilməsi sistemi gündəlik fəaliyyətdə xüsusi nəzərə alınmalı və qeyd olunan fəaliyyətə tam inteqrasiya olmalıdır. Təlimdə o da qeyd olunub ki, risklərin mükəmməl idarə edilməsini təmin edə bilmək üçün  öncə şirkət daxilində səmərəli qarşılıqlı əlaqə sistemini təşkil etmək lazımdır. Treninq interaktiv formada aparılıb. İştirakçıların fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb. Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də risklərin idarə olunması sisteminin tətbiqinə xüsusi diqqət yetirilir. Bu məsələ  Cəmiyyətin Korporativ idarəetmə sisteminin təkmilləşdirilməsi üzrə hazırlanmış “Yol xəritəsi”ndə də öz əksini tapıb.  Gəmiçiliyin rəhbər heyəti üçün nəzərdə tutulan   təlim də sözügedən “Yol xəritəsinə” uyğun həyata keçirilir


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır