Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Trend” Gəmiçiliyin Təlim Tədris Mərkəzindən fotoreportaj

“Trend” müstəqil informasiya agentliyi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Təlim Tədris Mərkəzində təşkil olunan təlimlərdən fotoreportaj edib. Agentlikdə yerləşdirilən 18 foto müxtəlif təlimləri əhatə edir.  Fotoreportajda Tədris Mərkəzinin Dinamik Mövqe Saxlama Simulyatoruna daha geniş yer ayrılıb.  Məlumat üçün bildirək ki, Dinamik Mövqe Saxlama Simulyatoru gəmi mövqeyini və gəminin istiqamətini saxlamaq üçün kompyuter nəzarət sistemidir. Xatırladaq ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Təlim-Tədris Mərkəzi 2014-cü ildən fəaliyyət göstərir. Burda Gəmiçiliyin əməkdaşları ilə yanaşı, digər şirkətlərin nümayəndələri üçün də dənizçiliklə bağlı müxtəlif təyinatlı təlimlər təşkil olunur.  Təlim-Tədris Mərkəzi bu günlərdə tamamilə yenilənib. Burda dənizçilər üçün  elektron kitabxana yaradılıb, mühazirə auditoriyaları və əməkdaşların iş otaqları əsaslı təmir olunub. Binada dinləyicilərin rahatlığı üçün kafeteriya təşkil edilib. Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi Asiyada aparıcı xəbər tədarükçüsü sayılan “Trend”-in sözügedən fotoreportajına burdan baxa bilərsiniz  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır