Azərbaycan Dövlət Dəniz Akademiyasında diplomqabağı təcrübəyə start verilib
Azərbaycan Dövlət Dəniz Akademiyasının IV kurs tələbələri üçün diplomqabağı təcrübə mərhələsi start götürüb. Təcrübə proqramı çərçivəsində tələbələr müxtəlif gəmiçilik qurumlarında praktiki biliklərini artıracaqlar.
Təcrübəyə cəlb olunan tələbələrdən 41 nəfəri Xəzər Dəniz Neft Donanmasında (XDND), 69 nəfəri isə Dəniz Nəqliyyatı Donanmasında (DND) təcrübə keçəcək. Bundan əlavə, 32 nəfər digər gəmiçilik şirkətlərində təcrübə proqramına qatılacaq.
Bu gün XDND və DND-də təcrübəyə başlayan tələbələrə müvafiq idarələrdə texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimat verilib.
Diplomqabağı təcrübə tələbələrin nəzəri biliklərini təcrübədə tətbiq etmələri üçün vacib mərhələ hesab edilir və onların gələcək peşə fəaliyyətinə mühüm töhfə verəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

