Azərbaycan Dənizçilik Kollecinin qəbul planı 100 faiz dolub
ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) nəzdində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecinə (ADK) ayrılan plan yeri 100 faiz dolub.
Qəbulun nəticələrinə əsasən, cari ildə ADK-ya 95 nəfər qəbul olub. Onlardan 25-i “Gəmi sürücülüyü”, 25-i “Gəmi energetik qurğularının istismarı”, 25-i “Elektrik təchizatı”, 20-si “Gəmilərin təmiri” ixtisası üzrə təhsil alacaq.
Kollec üzrə maksimal qəbul balı “Gəmi sürücülüyü” ixtisası üzrə qeydə alınıb:167,8 bal. Bu il formalaşan minimal bal isə 117,4 olub.
Xatırladaq ki, bu il ADDA-nın da plan yeri 100 faiz dolub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır