Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

ADDA-da yaz imtahan sessiyası keçirilir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-də 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb.

İmtahan sessiyası ADDA-nın Elmi Şurasının müvafiq qərarına uyğun təşkil olunub.  Sessiya iki mərhələdən olmaqla, 5 iyul 2024-cü ildə yekunlaşacaq.

 5 iyunadək davam edəcək birinci mərhələdə “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” ixtisasları və təkrar ali təhsil üzrə bütün akademik qruplarda oxuyan tələbələr biliklərini sınayacaqlar. Bu müddət ərzində cari imtahan sessiyasında imtahandan qeyri-müvəffəq qiymət alan və fənni təkrar dinləmədən yenidən imtahana buraxılan (25% ödənişlə) tələbələr üçün akademik borcların ləğv edilməsi aparılacaq.

“Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası və magistratura səviyyəsinin bütün ixtisasları üzrə təhsil alan tələbə və magistrantlar 3 iyundan – 5 iyuladək imtahan sessiyasında iştirak edəcəklər.

İmtahan sessiyasının ikinci mərhələsində əvvəlki tədris ililərinin yaz semestrinin imtahan sessiyasında üzrlü səbəbdən iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət alan, əlavə kəsir qruplarına daxil olan bakalavriat səviyyəsinin “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” ixtisasları və təkrar ali təhsil üzrə bütün akademik qruplarda təhsil alan tələbələr 10–14 iyun tarixlərində, “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası və magistratura səviyyəsinin bütün ixtisasları üzrə 20 iyun – 5 iyul tarixlərində akademik borclarını ləğv edə biləcəklər.

İmtahanlar “Elektron Akademiya” platforması üzərindən sistemdaxili test və yazılı, yazılı-şifahi və yazılı formada keçiriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır