Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

ADDA tələbələrinin diplomqabağı istehsalat təcrübəsi davam edir

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) "Gəmiqayırma və gəmi təmiri mühəndisliyi" ixtisasının 4-cü kurs tələbələrinin Bakı Gəmiqayırma Zavodunda təcrübəsi davam edir.

Təcrübənin fəaliyyət planı Zavodun Təlim-Tədris Mərkəzi tərəfindən ADDA-nın “Gəmiqayırma və gəmi təmiri” kafedrası ilə razılaşdırılaraq hazırlanıb. Planda keyfiyyətli təcrübənin təşkili və istehsalatda yeni tələblərin yerinə yetirilməsi istiqamətində məqsədyönlü inkişaf nəzərə alınıb.

Təcrübə zamanı tələbələr gəmiqayırma sahəsinə aid spesifik və xüsusi planlaşdırılmış təlimlərdə iştirak etmək imkanı əldə edəcəklər. Həmçinin onlar üçün bu sahənin mütəxəssisləri ilə görüşlər təşkil ediləcək və tələbələr peşəkarların təcrübəsindən yararlana biləcəklər.

Təcrübədə fərqlənən tələbələrə sertifikat və həvəsləndirici hədiyyələr də veriləcək.

Qeyd edək ki, ADDA-nın “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının 4-cü tədris ilində təhsil alan 15 nəfər tələbəsi bu ilin fevral ayının 16-dan 10 həftə müddətində nəzəriyyədə topladıqları biliklərini təcrübədə möhkəmləndirməyə çalışacaqlar. Onlardan 11 nəfəri Bakı Gəmiqayırma Zavodunda, 4-ü "ASCO Mühəndislik" MMC-də diplomqabağı istehsalat təcrübəsində olacaqlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır