Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

ADDA-nın mətbəəsində bir neçə yeni dərslik və dərs vəsaiti çap olunub

“Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-nin (ADDA) mətbəəsində mütəmadi olaraq tələbələr üçün yeni dərsliklərin, dərs vəsaitlərinin, metodik göstərişlərin və s. çapı həyata keçirilir.

Bu günlərdə mətbəədə Akademiyanın “Dəniz naviqasiyası” kafedrasının əməkdaşları professor Zakir Rüstəmov və baş müəllim Əkbər Şirəliyevin müəllifliyi ilə “Yükdaşıma texnologiyası və donanmanın idarə olunması" adlı dərslik nəşr olunub.

 “Gəmi elektroavtomatikası” kafedrasının müdiri, dosent Elşən Sultanovun və baş müəllim Elsevər Həsənovun müəllifliyi ilə “Yüksək gərginliklər və elektrik izolyasiya texnikası”  adlı dərslik və dosent Elşən Sultanov və assistent Rüslan Əlicanovun müəllifliyi ilə “Elektrik dövrələri nəzəriyyəsi” məsələ həllinə aid dərs vəsaiti də işıq üzü görüb.

Bundan əlavə “Humanitar fənlər” kafedrasının əməkdaşları dosent Əsədullah Süleymanov, dosent İlqar Abdullayev və professor Yusif Həsənovun müəllifliyi ilə “Elmin və texnikanın fəlsəfi problemləri" adlı dərs vəsaiti də çap edilib.

Professor Zakir Rüstəmov və baş müəllim Əkbər Şirəliyevin müəllifliyi ilə ərsəyə gələn “Yükdaşıma texnologiyası və donanmanın idarə olunması" adlı dərslik  su nəqliyyat daşımaları, liman texnoloji prosesləri və naviqasiya mühəndisliyi biliklərinin təkmilləşdirilməsində, eləcə də gəmiçilikdə, limanlarda mühəndis-texniki işçilər tərəfindən praktiki fəaliyyətdə istifadə üçün nəzərdə tutulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır