Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

ADDA-da Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Xocalı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi açılışında Azərbaycan Dövlət Dəniz Akademiyasının prorektoru Vüqar Sadıqov və Xocalı rayon İcra Hakimiyyətinin şöbə müdiri Təhmasib Kərimov çıxış ediblər.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun elmi işçisi Aybəniz Osmanova, Azərbaycan Dövlət Dəniz Akademiyasının “Humanitar fənlər” kafedrasının baş müəllimi Elbrus Həşimov, Xocalı şəhər sakini, faciənin şahidi Mürvət Məmmədov öz çıxışlarında insanlığa qarşı törədilmiş Xocalı soyqırımının tarixi, siyasi aspektləri barədə ətraflı danışıblar.

Tədbirdə həmçinin Azərbaycan Milli İncəsənət Muzeyinin Sərgi və tərtibat şöbəsinin müdiri Əsəd Quliyev “Xocalı soyqırımı Azərbaycan rəssamlarının yaradıcılığında” adlı məruzə ilə çıxış edib, eyni zamanda mövzu ilə bağlı muzeyin kolleksiyasına məxsus əsərlərdən ibarət fotoslayd nümayiş olunub.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır