Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-14,
Seanews
Heyder Eliyev

ADDA tələbələrinin qış imtahan sessiyasında göstərdikləri nəticələr açıqlanıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası PHŞ-də (ADDA) 2023/2024-cü tədris ilinin qış imtahan sessiyası başa çatıb.

İmtahan sessiyasında bakalavriat pilləsinin əyani formasında təhsil alan 810 tələbə iştirak edib. Onlardan 498-i sessiyanı müvəffəqiyyətlə başa vurub.  Bakalavriat səviyyəsinin əyani formasında oxuyan tələbələrin müvəffəqiyyət göstəricisi 61.48, keyfiyyət göstəricisi 15.26 faiz olub.

ADDA-da təkrar ali təhsil pilləsində oxuyan 50 tələbədən 39-u, magistratura səviyyəsində təhsil alan 55 tələbədən 46-sı imtahanlarda uğur qazana bilib.

Onu da qeyd edək ki, ADDA Elmi Şurasının qərarı ilə bu imtahan sessiyasında da Vətən müharibəsində iştirak etmiş tələbələr akademik borclarının ləğvi üçün fənni dinləmədən imtahana buraxılıb və həmin tələbələr akademik borclara görə kredit ödəməkdən azad olunublar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır