Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

ADDA-da Ümummilli Liderə həsr olunmuş beynəlxalq elmi-texniki konfrans keçiriləcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında 4-5 aprel 2024-cü il tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan  “Dəniz  nəqliyyatının inkişaf perspektivləri” mövzusunda tələbə, magistrant və gənc tədqiqatçıların ənənəvi elmi-texniki konfransı keçiriləcək.

Konfrans aşağıdakı bölmələr üzrə təşkil olunacaq. 

Gəmiqayırma və gəmi təmiri

Dəniz naviqasiyası

Gəmi energetik qurğuları

Gəmilərin elektrik avadanlıqları və avtomatikası

Mexanika

Riyaziyyat və informatika

Su nəqliyyatının humanitar və dilçilik məsələləri

İştirakçılar təqdim olunacaq tezislərin adlarını kafedra iclasında təsdiq edildikdən sonra fevralın 24-dək, tezislərin mətnlərini isə (iştirakçının qrupu, soyadı, adı və elmi rəhbərini göstərməklə) martın 20-dək ADDA-nın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.

Ən yaxşı məruzələr Konfransın tezislər toplusunda dərc olunacaq.

Ətraflı məlumat üçün Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə müraciət etmək olar.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır