Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Təkrar ali təhsil alan tələbələrin təcrübəsi başlayıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) PHŞ-də “Gəmi energetik qurğuları və onların istismarı mühəndisliyi” və “Dəniz naviqasiyası mühəndisliyi” ixtisaslarının təkrar ali təhsil pilləsinin 5-ci kursunda oxuyan tələbələrinin diplomqabağı təcrübəsi başlayıb.

19 təcrübəçidən 4-ü Dəniz Nəqliyyat Donanmasının, 11-i isə Xəzər Dəniz Neft Donanmasının müxtəlif təyinatlı gəmilərində, digərləri isə özəl gəmiçilik şirkətlərində olacaqlar.

Təcrübə fevralın 9-dan mayın 17-dək keçiriləcək.

Təkrar ali təhsil alan tələbələrə də müvafiq qaydada donanmaların Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin əməkdaşları tərəfindən “Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə giriş” təlimatı keçirilib.

Bu təhsil formasında oxuyanların təcrübə proqramı bakalavriat səviyyəsinin 4-cü kurslarında olduğu kimidir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır