Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-30,
Seanews
Heyder Eliyev

Təlim Tədris Mərkəzində üç yeni təlimin keçirilməsinə icazə verilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) Təlim Tədris Mərkəzində (TTM) Amerika Gəmiçilik Bürosunun (ABS) apardığı növbəti audit yekunlaşıb.

İki gün davam edən illik audit yoxlanışını ABS-nin Bakı ofisinin auditorları Guy Laureys və Siyavuş Teymurov aparıb.

Həmçinin audit nəticəsində ABS “DP Təkmilləşdirmə və Bacarıqların Qiymətləndirilməsi”, “DP operatorlarınn təcrübə proqramı”, “Offşor tanışlıq“ təlimlərinin TTM-də keçirilməsini təsdiqləyib.

Qeyd edək ki, Təlim Tədris Mərkəzində dənizçilərin sertifikatlaşdırılması üçün təlimlərin keçirilməsi, onların praktik məşqləri və  qiymətləndirilməsi xidmətləri göstərilir. Müasir auditoriyalardan ibarət mərkəz ən son model trenajor, üzgüçülük hovuzu və dənizçilik avadanlıqları ilə təchiz edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır