ADDA-nın magistraturasına portal.edu.az-da qeydiyyatdan keçmiş bakalavrların nəzərinə!
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının magistraturasına portal.edu.az-da qeydiyyatdan keçmiş bakalavrların nəzərinə!
2023/2024-cü tədris ili üzrə Azərbaycan Dövlət Dəniz Akademiyasında qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb olunur:
Şəxsiyyət vəsiqəsinin surəti
Diplom və diploma əlavənin əsli və surəti(cari il məzunları üçün bakalavr səviyyəsini bitirmə haqqında arayış)
Tibbi arayış (forma 086)
4 ədəd 3x4 ölçülü fotoşəkil
Ödəniş qəbzinin surəti (ödənişli tələbələr üçün)
İmtiyazlı magistrantlar üçün imtiyazını təsdiq edən sənədin notarial təsdiq olunmuş surəti
İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi bilet
Sənədlərin qəbulu 28.08.-01.09.2023-cü il tarixlərində saat 10:00-dan 14:00-dək Akademiyanın əsas korpusunda aparılacaq