Xəzərin Azərbaycan sektorunda hərbi gəmilərin iştirakı ilə reyd toplantısı keçirilib
Təsdiq olunmuş hazırlıq planına əsasən, Xəzər Dənizinin Azərbaycan Respublikasına məxsus hissəsində Hərbi Dəniz Qüvvələri gəmilərinin iştirakı ilə reyd toplantısı keçirilib.
APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, toplantının keçirilməsində əsas məqsəd reyd xidmətinin təşkili, dəniz vərdişlərinin təkmilləşdirilməsi, eləcə də gəmi ekipajları arasında uzlaşmanın təmin edilməsi olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır