Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

ADDA ilə “Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutu” arasında  əməkdaşlığa dair müqavilə imzalanıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası ilə Milli Aerokosmik Agentliyinin “Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutu” arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Sənədə əsasən, ADDA-nın “Tətbiqi mexanika” kafedrası ilə Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutu kadr hazırlığı və elmi-tədqiqat sahəsində birgə iş quracaqlar.

Müqavilənin məqsədi ADDA-da tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, kosmik tədqiqatlar sahəsində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, birgə elmi tədqiqatların aparılması və inkişaf etdirilməsindən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır