Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

ADDA-nın professoru sertifikata layiq görülüb

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Tətbiqi mexanika” kafedrasının müdiri, t.e.d., professor Vaqif Həsənova İAMU-nun təşəkkür sertifikatı verilib.

Azərbaycan Dövlət Dəniz Akademiyasının beynəlxalq əlaqələri daim genişlənməkdədir. ADDA-da xarici ölkə və respublika universitetləri ilə əməkdaşlıq, tələbə mübadiləsi, dənizçilik sahəsində aparılan elmi araşdırmalarda birgə iş və s. kimi beynəlxalq layihələr diqqət mərkəzindədir.

ADDA nüfuzlu Beynəlxalq Dəniz Universitetləri Assosiasiyasının (İAMU) da üzvüdür. İAMU-ya üzv ölkələrin alimləri mütəmadi olaraq öz elmi işlərini qiymətləndirilmək üçün Beynəlxalq Dəniz Universitetləri Assosiasiyasına təqdim edirlər.

2022-ci ildə İAMU ADDA-nın “Tətbiqi mexanika” kafedrasının müdiri, t.e.d., professor Vaqif Həsənovdan FY2022 tədqiqat layihələrinin iştirakçısı olmağı xahiş edib. Vaqif müəllim də təqdim olunan layihələri ətraflı araşdırdıqdan sonra öz rəyini Beynəlxalq Dəniz Universitetləri Assosiasiyasına göndərib.

İAMU rəhbərliyi ADDA-nın professoru Vaqif Həsənovun fəaliyyətini bu elmi araşdırmaların qiymətləndirilməsində dəyərli töhfəsınə və xüsusi xidmətinə görə “Təşəkkür sertifikatı”  ilə dəyərləndirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır