Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

"Zığ" GTTZ-nin rəngsazı Rais Teyyublu: "Vətən müharibəsində iştirakım ömrümün ən şanlı səhifəsidir" - VİDEO

Rais Niyazi oğlu Teyyublu 1993-cü il iyunun 1-də Kürdəmir rayonunun Qarasu kəndində dünyaya göz açıb. Qarasu kənd orta məktəbində və Bakıdakı 6 saylı peşə liseyində təhsil alıb.

2013-cü ilin iyununda həqiqi hərbi xidmət keçmək üçün Ordu sıralarına çağrılıb.

Tərxis olunduqdan sonra – 2015-ci ilin yanvarından sığorta şirkətində çalışıb. 2017-ci ilin fevralından ASCO-da işə başlayıb, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda rəngsaz işləyir.

Vətən müharibəsinin ilk günü sıravi əsgər kimi Ordu sıralarına qatılıb. Döyüş yolu Füzuli rayonunun Alxanlı kəndindən başlayıb. Füzuli, Hadrut, Xocavənd, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

İgid döyüşçü Rais Teyyublu “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır