Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Dənizçilər haqqında film hazırlanıb - VİDEO

25 iyun “Dənizçi Günü” münasibətilə “Dənizçi doğulanlar” adlı film hazırlanıb.

Film “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşları tərəfindən ərsəyə gətirilib.

“Dənizçi doğulanlar” ölkəmizin RoPax tipli ilk milli istehsalı olan “Azərbaycan” gəmi-bərəsinin Bakı-Kurık istiqamətində həyata keçirdiyi səfər çərçivəsində çəkilib. Yaradıcı heyət dənizçiləri müşaiyət edərək onların gərgin əməyi, fədakarlığı və sular qoynunda yaşam tərzlərini təfərrüatı ilə lentə alıb.

Filmdə dənizçi peşəsi haqqında məlumat əsasən gəmiçilərin öz dillərindən izləyiciyə çatdırılır. Onlar müsahibələrində peşələrinin çətin, məsuliyyətli, maraqlı tərəflərindən, eləcə də spesifik xüsusiyyətlərindən böyük həvəslə bəhs edirlər.

Filmdə dənizçilərin yerinə yetirdiyi yükləmə, yükboşaltma, lövbər, yanalma kimi müxtəlif əməliyyatlar da əksini tapıb. Ən əsası, səfər boyu heyət üzvlərinin ən çətin işlərin öhdəsindən belə bir ailə kimi gəldikləri əyani olaraq təqdim olunub.

Bütün bunlarla yanaşı, filmdə mavi Xəzərin gözəlliyi də diqqətdən qaçmayıb.

Film sular qoynunda yorulmaq bilmədən çalışaraq Azərbaycanın iqtisadi inkişafına töhfə verən dənizçilərin sadəcə bir səfərindən bəhs etməklə, həm də insanı halal zəhmətin və əməyin təntənəsinə inandırır.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır