Qazaxıstanda qalan daha 33 həmyerlimiz ASCO-nun “Merkuri-1" bərə gəmisi ilə vətənə qayıdıb - VİDEO
Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalan daha 33 həmyerlimiz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Merkuri-1” bərə gəmisi ilə vətənə yola salınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır