Zəhmətkeş, məsuliyyətli və fədakar dənizçilərin günü - VİDEO
Prezident İlham Əliyevin müvafiq sərəncamıyla 2014-cü ildən 25 iyun Azərbaycanda dənizçi günü kimi qeyd edilir.
Azərbaycan dənizçiləri dünyanın ən ixtisaslı dənizçilərindən hesab olunur. Üstəlik, gəmiçilər iqtisadiyyatımızın həyatında, ölkəmizin yükdaşımalardakı mövqeyinin gücləndirilməsində mühüm rol oynayırlar. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin daşınmasında fəal iştirak edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin heyət üzvlərinin timsalında dənizçilərin fəaliyyəti ilə yaxından tanış olacaqsınız.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır