Mavi sular, sevgilimə yol verin, O qayıtsın alnıaçıq, üzüağ. -VİDEO
Dəniz və dənizçilik hər bir yaradıcı insan üçün ilham mənbəyidir.
Sözləri İslam Səfərliyə, musiqisi Andrey Babayevə aid olan və Sara Qədimovanın ifa etdiyi “Pıçıldaşın, ləpələr!” mahnısı da dənizdən ruhlanaraq ərsəyə gətirilib. İnanırıq ki, bu mahnı əhvalınıza xoş ovqat qatacaq.
Pıçıldaşın, pıçıldaşın, ləpələr,
Bəlkə mənə bir sözünüz var sizin.
Buruq qazır mənim ömür yoldaşım
Qayıdarmı qucağından dənizin.
Körpəmizi yatırmışam indicə,
Beşiyinə ay nurunu səpələr.
Sevgilimdən xəbər verib gizlicə,
Pıçıldaşın, pıçıldaşın, ləpələr...
Gecə keçir, ay dolanır üfüqdə
Göz Xəzərin sinəsindən meh əsir.
Ah, tez olun, darıxıram, ey sular,
Müjdə verin, sevən qəlbim tələsir.
Mavi sular, sevgilimə yol verin,
O qayıtsın alnıaçıq, üzüağ.
Çünki qızıl Abşeronun oğluna
Bir adətdir zəfərlərlə qayıtmaq.