ASCO-nun əməkdaşı: "23 yaşlı gənc olaraq 160 ildən çox tarixi olan bir şirkətdə çalışmaq qürurvericidir"
Ramal Səmədzadə 2018-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasını fərqlənmə diplomu ilə bitirib.
O, IV kursda ASCO-nun Strateji inkişaf və investisiya layihələri departamentində iki aylıq təcrübə keçib. Təcrübə müddətində tapşırıqların öhdəsindən bacarıqla gələn Ramal sözügedən departamentdə işləmək təklifi alıb.
Ramal Səmədzadə artıq bir ildir ki, ASCO-nun çoxminli kollektivi sırasına qoşulub. Deyir ki, 23 yaşlı gənc olaraq 160 ildən çox tarixi olan bir şirkətdə çalışmaq qürurvericidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır