ADDA-nın prorektoru: Dənizçi peşəsinə maraq artır - VİDEO
25 iyun "Dənizçi Günü" münasibəti ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının Tədris və Tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifov CBC telekanalında qonaq olub.
Aparıcının suallarını cavablandıran Zahid Şərifov Azərbaycanda dənizçilik təhsilinin tarixindən, ölkəmizdə dənizçi kadrlarının yetişdirilməsinə göstərilən diqqət və qayğıdan, bu sahəyə gənclərin marağından, Akademiyanın tələbələrinin malik olduğu imtiyazlardan, ali məktəbin beynəlxalq əlaqələrindən danışıb.
Prorektor gələcək planlar barədə də tamaşaçılara məlumat verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır