Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

milərin izlənmə mərkəzində bir gün – V

Dövlət Dəniz Agentliyində Uzaq Məsafədən Tanınma və İzləmə adında Milli Mərkəz fəaliyyət göstərir. Xəzəryanı ölkələrdə ilk dəfə olaraq bu mərkəz Azərbaycanda yaradılıb. Milli Mərkəzin əsas məqsədi Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmini, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”na riayət olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərdən daxil olan həyəcan siqnallarının aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmini və əlaqələndirilməsinin təşkili, habelə beynəlxalq təşkilatlar daxil olmaqla, digər ölkələrin eyniadlı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi operativ əlaqənin yaradılması və informasiya mübadiləsinin həyata keçirilməsindən ibarətdir. Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi öz texniki təchizatı baxımından bir çox qabaqcıl Avropa dövlətlərinin oxşar qurumlarını qabaqlayır. Milli Mərkəzdə işə cəlb olunmuş mütəxəssislər xarici ölkələrin müvafiq mərkəzlərində xüsusi təlimlər keçib. Gəmilərlə etibarlı rabitənin təmin edilməsi, gəmilərə nəzarətin həyata keçirilməsinin gücləndirilməsi məqsədilə naviqasiya rabitə avadanlıqları quraşdırılıb. Real Tv


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır