Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-12,
Seanews
Heyder Eliyev

nyanın ilk sualtı muzeyi – V

“Museo Atlatico” Avropada ilk sualtı muzeydir. “Seanews.az” xəbər verir ki, muzey  YUNESKO-nun biosfer qoruğunun ərazisində, Kanar arxipelaqının tərkibinə daxil olan Lansarote adası sahili yaxınlığında, Las-Koloradas buxtasında dəniz dibində yerləşir. Bu qeyri-adi muzeydə yerləşdirilmiş heykəllər planetin müxtəlif yerlərində oxşar muzeylərin yaradılmasında iştirak edən britaniyalı rəssam və heykəltəraş Ceyson de Kayres Teylor tərəfindən düzəldilib. Memarın sənət əsərləri təbiətə heç bir ziyan vurmur, əksinə ekoloji təmiz məhsullardan hazırlanan eksponatlar sualtı aləmin sakinləri üçün özəl yuvalara çevrilərək, daha da cazibəli mənzərə yaradır. Muzeyi ziyarət etmək istəyən turistlər isə xüsusi sualtı geyimindən istifadə edərək özəl bir dünyaya səyahətə baş vura bilir. Heykəllər quruda hazırlanıb və ehmalca dəniz dibinə endirilib, 12-15 metr dərinlikdə yerləşdirilib. Onlar gündəlik həyat səhnələrini təsvir edir. “Museo Atlatico” muzeyində 300-ə yaxın eksponat mövcuddur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır