Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

rbaycan Televiziyasının “Səhər” proqramında dənizçilərin peşə bayramından danışılıb – V

Azərbaycan Televiziyasında yayımlanan “Səhər” musiqili informasiya proqramının 23 iyun 2018-ci il buraxılışı “Dənizçi Günü”nə həsr edilib.  Proqramda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin məsləhətçisi, uzaq səfərlər kapitanı Muxtar Axundov, Strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyev, İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mehman Mehdiyev, xalq artistləri Faiq Sücəddinov və Mübariz Tağıyev qonaq olublar.  Bundan başqa, Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunları da studiyaya dəvət edilib. Proqramda “Dənizçi Günün”nün təsis edilməsindən, dənizçi peşəsinin nüfuzunun artmasından, gəmiçilik sahəsinə göstərilən dövlət qayğısı və diqqətdən, son dövrlər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin inkişafından, donanmaların yenilənməsindən danışılıb.  Qonaqlar Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin bu il 160 illiyini qeyd etməsinə də toxunaraq, yubiley ərəfəsində reallaşdırılan və həyata keçiriləcək tədbirlərdən də bəhs ediblər.  Verilişdə fədəkar dənizçilərə həsr olunmuş “Dənizçilər var olsun! mahnısı da ifa edilib. Xalq artisti Mübariz Tağıyevin oxuduğu mahnının sözlərinin müəllifi Zəminə Xınalı, bəstəkarı isə xalq artisti Faiq Sücəddinovdur. Verİlişi izləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: SƏHƏR PROQRAMI  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır