Bərdə” gəmi-bərəsinin tərsanədən endirilmə əməliyy
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat donanmasına məxsus “Bərdə” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun “Neptun” tərsanəsindən endirilib. Tərsanədə gəmi-bərənin sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı nasoslar, köməkçi və baş mühərriklər əsaslı təmir olunub. Bəzi detallar yeniləri ilə əvəzlənib. Bərənin sualtı və suüstü hissəsi rənglənib. Gəminin avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama və təmir işləri həyata keçirilib. Hazırda bərənin daxili hissəsində rənglənmə işləri və bəzi detalların təmiri davam edir. Əsaslı təmir və sınaq üzüşü yekunlaşdıqdan sonra isə gəmi-bərə yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək. Bakı-Türkmənbaşı-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Kurık-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları daşıyacaq. Məlumat üçün bildirək ki, uzunluğu 154.50, eni isə 17.0 metr olan gəminin maksimal sürəti 13.9 uzeldir. Bərə göyərtəsinə 54 vaqon götürmək qabiliyyətindədir. Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Hazırda Gəmiçiliyin donanmasında 13 gəmi-bərə var.