• Bakı, 2020-05-28,
Seanews
Heyder Eliyev

miçilik 24-cü “Caspian Oil & Gas 2017” sərgisində – V

“Bakı Ekspo Mərkəzi”ndə 24-cü Beynəlxalq Xəzər Neft və Qaz (Caspian Oil & Gas 2017) sərgisi davam edir. Diqqəti gündən-günə qüdrətlənən gənc, müstəqil Azərbaycanın karbohidrogen ehtiyatlarına, Xəzər dənizində reallaşdırılan iri neft-qaz layihələrinə, əlverişli coğrafi məkanda yerləşən ölkəmizin tranzit imkanlarına yönəltmək baxımından da böyük əhəmiyyəti olan sərgidə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC də  ayrıca stendlə təmsil olunur. Sərgidə Gəmiçiliyin zəngin inkişaf tarixi, nəqliyyat və dənizdə neft hasilatı ilə bağlı hər cür dəniz nəqliyyatı xidmətləri təklif edən donanmaları haqqında videoçarx nümayiş olunur. Gəmiçiliyin stendi qarşısında ayaq saxlayan ziyarətçilər az deyil. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətini təmsil edən nümayəndələr ziyarətçiləri maraqlandıran bütün suallara ətraflı cavab verirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır