Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

“Muzeylər və Heydər Əliyev ili” layihəsi çərçivəsində bir qrup məktəbli gəmi-muzeydə olub - VİDEO

Elm və Təhsil, Mədəniyyət nazirliklərinin əməkdaşlığı və Respublika Uşaq-gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə icra edilən “Muzeylər və Heydər Əliyev ili” adlı interaktiv proqram çərçivəsində bir qrup məktəbli "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Suraxanı" gəmi-muzeyində olub.

Proqramın məqsədi ümummilli lider Heydər Əliyevin irsinin tədqiqi və təbliği, məktəblilərin ulu öndərin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq ideologiyası, həyat və fəaliyyətinin müxtəlif dövrləri barədə məlumatlandırılması, təhsilalanların muzey, qoruq və Heydər Əliyev mərkəzləri kolleksiya fondunun elmi-mədəni, tarixi, ekoloji, davamlı inkişaf konsepsiyası, etnoqrafik aspektləri ilə tanış olmasından ibarətdir. 

Proqram çərçivəsində məktəblilərin Bakı şəhərində yerləşən muzeylərə, həmçinin ilk dəfə olaraq regionlarda fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və Heydər Əliyev mərkəzlərinə, ümumilikdə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən 100 mədəniyyət müəssisəsinə ekskursiyaların təşkili planlaşdırılır. Ekskursiyalara məktəblilər və Bakı şəhəri ilə yanaşı, respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri də cəlb ediləcəklər. 
  
“Muzeylər və Heydər Əliyev ili” adlı interaktiv proqram 100 mədəniyyət müəssisəsini əhatə etdiyi üçün ekskursiyalarda 100 000 məktəblinin iştirakı nəzərdə tutulur. 
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır